BMT TƏHLÜKƏSİZLİK ŞURASI QARABAĞLA BAĞLI İCLAS KEÇİRƏCƏK

Avqustun 16-sı BMT-nin Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyətlə bağlı iclas keçirəcək. Bu barədə məlumatı ABŞ-nin BMT-dəki Daimi Nümayəndəliyi açıqlayıb.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin verdiyi məlumata görə, Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda keçiriləcək bu iclasda iştirak edəcək.

Qeyd edək ki, Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan ölkənin XİN başçısı Ararat Mirzoyanın sözügedən iclasda iştirak etmək üçün Nyu-Yorka səfər edəcəyini açıqlayıb.