Tbilisinin mərkəzi Vake və Saburtlo rayonlarını birləşdirən yeni avtomobil yolu bağlanıb.
Avqustun 14-də saat 15:00 radələrində yolun üstündəki qayalıqdan daş parçaları uçaraq yolu bağlayıb.
Tbilisi şəhər meriyasının məlumatına görə, bir avtomobilə ziyan dəyib, insanlar arasında yaralanan və ya xəsarət alan olmayıb.
Meriya yaxın günlər ərzində yolda hərəkətin bərpa olunacağını bildirir.
Gürcüstanın bölgələrində isə yenidən torpaq sürüşməsi baş verib.
Sameqrelo-Zemo Svaneti bölgəsinin Muxuri Çxorotskuri bələdiyyəsindən Tsalendjixski rayonunun turistik Tobavarçxili gölünə gedən yolda baş vermiş torpaq sürüşməsi nəticəsində avtomobillərin hərəkəti dayanıb. Əraziyə turistlərin gedişinə qadağalar tətbiq olunur.
Qeyd edək ki, Tobavarçxili gölü dəniz səviyyəsindən 2600 metr yüksəklikdə yerləşir və Gürcüstanın ən gözəl təbii görməli yerlərindən biridir.
Qeyd edək ki, avqustun 3-də Oni bələdiyyəsi Şovi kurort zonasında baş vermiş torpaq sürüşməsi nəticəsində ərazi tamamilə palçıq və sel suları altında qalıb, 25 nəfər ölüb, 8 nəfərin axtarışları davam edir.