AAYDA SON HƏFTƏ ƏRZİNDƏ GÖRÜLƏN İŞLƏR BARƏDƏ MƏLUMAT YAYIB

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) avqustun 7-dən 14-dək respublika ərazisində yolların təmiri və bərpası ilə bağlı görülən işlər barədə məlumat açıqlayıb.

Agentlik xəbər verir ki, sözügedən müddət ərzində Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazaxbəyli hissəsinin açılışı olub, Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun yenidən qurulması davam etdirilir, Toğanalı-Kəlbəcər-İstisu yolunun və 5 tunelin inşası davam edir, Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələr quraşdırılıb.

Bundan başqa, M3 magistral avtomobil yolunun Yenikənd-Biləsuvar hissəsinin yenidən qurulması və M1 magistral avtomobil yolunun bir hissəsində aparılan təmir-bərpa işləri davam edir.