Dövlət İmtahan Mərkəzi (DİM) bu gün inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirir.
DİM-dən bildirilib ki, BB vəzifə qrupuna aid olan vəzifələr üzrə imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək. Kompüter vasitəsilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər.
İmtahan saat 10:00-da başlanacaq. Namizədlər saat 09:00-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar. İmtahanın davametmə müddəti 2 saat 30 dəqiqədir.
Qeyd edək ki, imtahanda iştirak etmək üçün AB qrupu üzrə 9, AC qrupu üzrə 11, BA qrupu üzrə 80, BB qrupu üzrə 203 olmaqla, ümumilikdə 303 namizəd qeydiyyatdan keçib. İmtahanların keçirilməsi üçün 2 imtahan rəhbəri, 17 nəzarətçi müəllim, 2 buraxılış rejimi əməkdaşı ayrılıb.