FİLİPPİN SAHİLLƏRİNDƏ 5,6 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB

Filippin sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri təxminən 102 min nəfər əhalisi olan Laoaq şəhərindən 267 km şimalda, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərər çəkənlər barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.