AĞIRÇƏKİLİ AVTOMOBİLLƏRİN MÜŞAYİƏT OLUNMASINA GÖRƏ XİDMƏT HAQQI MÜƏYYƏNLƏŞİB

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği müəyyən edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği aşağıdakı kimi olacaq:

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə avtomobilləri ilə müşayiət olunması (1 kilometr üçün) – 1,49 manat;

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin müşayiətavtomobilləri ilə müşayiət olunma (1 kilometr üçün) – 1,68 manat;

Hərəkət marşrutunun müəyyən olunması – 30 manat;