AZƏRBAYCANDA MÜSTƏQİLLİK DÖVRÜNÜN ƏN BÖYÜK ELEKTRİK STANSİYASI TİKİLİR

Cari ilin fevral ayında təməli qoyulan və müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasında işlər “AzərEnerji” ASC tərəfindən sürətlə davam etdirilir.

ASC-dən bildirilib ki, Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən 1280 meqavatlıq yeni elektrik stansiyasının tikinti işlərini Azərbaycanın ixtisaslaşmış yerli şirkətləri həyata keçirir. Stansiyanın tikintisinə isə İtalyanın “AFRY” məsləhətçi şirkəti və İspaniyanın “İDOM” layihələndirmə şirkəti nəzarət edir.

“AFRY” məsləhətçi şirkətinin nümayəndəsi Salih Turanın verdiyi məlumata əsasən, hazırda işlər sürətlə davam edir və qrafiki 2 ay qabaqlayır. Yaxın vaxtlarda İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan qaz turbinləri və generatorlar gəmiyə yüklənərək Azərbaycana göndəriləcək. Bu günə kimi 4 ədəd qaz turbininin, generatorların və qazanların bünövrə, betonlanma işləri yekunlaşdırılıb, qaz kompressor binası və digər sahələrdə binaların tikintisi, o cümlədən stansiya üzrə metal-konstruksiya işləri davam edir.

Soyutma su sistemlərinin dövran nasoslarının, o cümlədən soyutma borularının yenilənməsi, 500 və 330 kilovoltluq yarımstansiyaların genişləndirilməsi işləri sürətlə aparılır. Paralel olaraq ümumi effektivliyi artırmaq üçün Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud 7 və 8-ci enerji bloklarının buxar turbinlərinin zəmanətli əsaslarla modernləşdirilməsi işləri həyata keçirilir. Yüz tondan artıq çəkisi olan turbin, generator və başqa avadanlıqların çıxardılaraq əsaslı təmir olunması və yeni tikilən elektrik stansiyasına inteqrasiya edilməsi üçün işlər yekunlaşıb və hazırda köməkçi avadanlıqların yenisi ilə əvəz edilməsi işlərinə başlanılıb.

Qeyd olunub ki, 1280 meqavatlıq yeni elektrik stansiyası və “Azərbaycan” İES-in mövcud 7 və 8-ci bloklarının əlaqələndirilməsi nəticəsində ümumi güc 1880 meqavat olacaq. “Bununla da faydalı iş əmsalı 18 faiz artırılaraq 56 faizə çatdırılacaq. Daha dəqiqi 1280 meqavatlıq yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz, utilizasiya yolu ilə suyu buxara çevirəcək və “Azərbaycan” İES-in 7 və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlətmədən enerji almağa imkan verəcək. Əlaqələndirmə nəticəsində ildə 800 milyon kubmetr qaza qənaət olunacaq.

Yeni stansiyanın tikilməsi, əlavə generasiya güclərinin yaradılması, enerjiyə artan tələbatın qarşılanması, ixrac imkanlarının artırılması, bərpa olunan enerji mənbələrinin enerji sistemə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir.

Azərbaycanda müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir (FOTO)

Azərbaycanda müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir (FOTO)

Azərbaycanda müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir (FOTO)

Azərbaycanda müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir (FOTO)

Azərbaycanda müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir (FOTO)