Avqustun 8-dən 12-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-40° isti olacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun Naxçıvan Muxtar Respublikasında və aran rayonlarında 35-40°, bəzi yerlərdə 42-44°, dağlıq rayonlarda 28-33° isti olacağı proqnozlaşdırılır.