“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda üçüncü təsnifat mərhələsində Finlandiya təmsilçisi HİK-i keçərsə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində üz-üzə gələcək “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq.
“Qarabağ” – HİK cütünün qalibi ilk matçı səfərdə keçirəcək.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 24-də, cavab görüşləri isə avqustun 31-də gerçəkləşəcək.