AZƏRBAYCAN PARAÜZGÜÇÜLƏRİ DÜNYA ÇEMPİONATINI 5 MEDALLA BAŞA VURUBLAR

Azərbaycan paraüzgüçüləri İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatını 5 medalla başa vurublar.

Mundialda üç idmançı ilə təmsil olunan milli 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Roman Saley 100 m məsafəyə sərbəst üsulla üzməkdə qızıl, eyni məsafəyə arxasıüstə üzməkdə gümüş, 50 m məsafəyə sərbəst və 100 m məsafəyə “butterfly” üsulla üzməkdə bürünc mükafata yiyələnib. Vəli İsrafilov isə 100 m məsafəyə brass növündə dünya çempionu olub.

Eyni zamanda, Roman Saley və Vəli İsrafilov Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıblar.