İyunun 8-də Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviçin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.
Səfərin məqsədi nümayəndə heyətini Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklərlə tanış etməkdir.
Nümayəndə heyəti ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərinin qalıqları ilə tanış olacaqlar.