
Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq uçqunu nəticəsində həlak olanlardan daha birinin meyiti taplıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da təbii fəlakət nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Azı 25 nəfərin axtarışları isə davam etdirilir.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən hərbçilər də axtarışlara qoşulub. Ərazidə ümumilikdə təxminən 400 xilasedicinin fəaliyyət göstərildiyi vurğulanıb.
