BRİTANİYA MÜNAQİŞƏNİN QALIQLARINI ARADAN QALDIRMAQ ÜÇÜN AZƏRBAYCANLA İŞLƏMƏYƏ DAVAM EDİR – SƏFİR

Britaniya münaqişənin ölümcül qalıqlarını aradan qaldırmaq üçün azərbaycanlı həmkarları ilə işləməyə davam edir.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tvitter səhifəsində yazıb.

Səfir bildirib: “Keçən cümə Kəlbəcərdən gələn faciəvi xəbər hamımızı kədərləndirdi. Mina partlaması zamanı yaralanan və həlak olanların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı veririk. Britaniya münaqişənin ölümcül qalıqlarını aradan qaldırmaq üçün azərbaycanlı həmkarları ilə işləməyə davam edir”.