AZƏRBAYCAN PARA-ÜZGÜÇÜSÜ MANÇESTER ŞƏHƏRİNDƏ KEÇİRİLƏN DÜNYA ÇEMPİONATINDA FİNALA YÜKSƏLİB

Azərbaycan para-üzgüçüsü Vəli İsrafilov İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.

İdmançımız 100 metr məsafəyə brass üzrə üzmə yarışında 1:12.34 nəticə göstərib.

Final yarışı bu gün Bakı vaxtı ilə saat 21:06-da başlayacaq.