AZƏRBAYCANLI KİNOREJİSSOR BEYNƏLXALQ FİLM FESTİVALININ MÜNSİFLƏR HEYƏTİNƏ ÜZV SEÇİLİB

Kinorejissor Fariz Əhmədov “Lendok” Beynəlxalq Film Festivalının münsiflər heyətinə üzv seçilib.

Azərbaycanlı kinorejissor və prodüser Fariz Əhmədov avqustun 25-29-da Sankt-Peterburqda keçiriləcək “Lendok” Beynəlxalq Film Festivalının münsiflər heyətində təmsil olunacaq.

Festivalda Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkədən olan rejissorların 30-a yaxın bədii və sənədli filmləri nümayiş olunacaq.

Bundan əlavə, festival çərçivəsində ustad dərsləri və kinolayihələrin təqdimatı da nəzərdə tutulub.