HESABLAMA PALATASININ MƏRKƏZİ BANKDA APARACAĞI AUDİT İSTİQAMƏTLƏRİ MÜƏYYƏN EDİLİB

Prezident İlham Əliyev “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun imzalayıb.

Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Hesablama Palatası haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1820; 2019, № 1, maddə 42, № 4, maddə 591, № 7, maddə 1179; 2022, № 7, maddə 715, № 12, maddə 1377; 2023, № 4, maddə 449) aşağıdakı dəyişikliklər edilsin:

1. 12.3-cü maddədən “İdarə Heyətinin” sözləri çıxarılsın.

2. 21.13-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Kənar dövlət maliyyə nəzarəti Azərbaycan Respublikası Mərkəzi Bankının yalnız inzibati-təsərrüfat fəaliyyətini əhatə edir.”.