CİNAYƏT YOLU İLƏ ƏLDƏ EDİLMİŞ ƏMLAKIN LEQALLAŞDIRILMASINA VƏ TERRORÇULUĞUN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ QARŞI MÜBARİZƏ HAQQINDA QANUNDA DƏYİŞİKLİK EDİLƏCƏK

Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Prezident İlham Əliyevin fərmanı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda əksini tapıb

Fərmana əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 37) 17-ci maddəsinin “Qeyd” hissəsinə “İnvestisiya fondları haqqında” sözlərindən sonra “, “Valyuta tənzimi haqqında” sözləri əlavə edilsin.