KONYADA 5 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB

Bu gün Türkiyənin Konya əyalətində beş bal gücündə zəlzələ olub.

Anadolu agentliyi xəbər verir ki, zəlzələ yerli vaxtla saat 18:06-da Selçuklu rayonunda baş verib. Yeraltı təkanların episentri yer səthindən 7,24 kilometr dərinlikdə yerləşib.

Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altayın sözlərinə görə, dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb, ərazidə araşdırmalar davam edir.