ERMƏNİ POLKOVNİKDƏN ETİRAF: LAÇIN VƏ KƏLBƏCƏRƏ 17 MAŞIN MİNA BASDIRMIŞIQ, XƏRİTƏLƏRİ VAR

Erməni polkovnik Koryun Qumaşyan Azərbaycan ərazilərində minalanmış sahələrin xəritəsinin olmasını etiraf edib.

Bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Polkovnik özünün və tabeliyindəki əsgərlərin Laçın və Kəlbəcərə 17 yük maşını mina tədarük etdiyini bildirib.

O, Azərbaycanda saxlananların qaytarılacağı təqdirdə mina xəritələrini verəcəyini deyib.