AZƏRBAYCANDA “PFİZER” VAKSİNİNİN İSTİFADƏSİNƏ BAŞLANILIB

Bu gündən etibarən Bakı Sağlamlıq Mərkəzində və Mərkəzi Klinik Xəstəxanasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndlənmə məqsədilə “Pfizer” vaksininin istifadəsinə başlanılıb.

18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Bunun üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidirlər.

Qeyd edək ki, “Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.

Xatırladaq ki, Azərbaycanda peyvəndləmə prosesində “Sinovac” şirkətinin “CoronoVac”, “AstraZeneca” şirkətinin “Vaxzevria”, Rusiya istehsalı olan “Sputnic V” vaksinləri də tətbiq olunur.