ÇAVUŞOĞLU FRANSANI CƏNUBİ QAFQAZDA SÜLHÜ DƏSTƏKLƏMƏYƏ ÇAĞIRIB

Cənubi Qafqazda Azərbaycanla Ermənistanın rifahını təmin edəcək dayanıqlı sülhü Fransa ilə birlikdə dəstəkləyə bilərik.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa qəzetində dərc olunan məqaləsində yazıb.

O bildirib ki, tarixin siyasi məqsədlər üçün istifadə olunması və təhrifi heç bir zaman ədalətin bərpa olunmasımı təmin etməyib:

“Əgər radikal ermənilərin əsassız tələblərinin Türkiyə-Fransa münasibətlərinə xələl gətirməsinin qarşısı alınarsa, iki ölkə birgə səylərlə Cənubi Qafqazın firavanlığı üçün daha çox töhfə verə bilər”.