3×3 BASKETBOL ÜZRƏ QADIN MİLLİMİZİN VƏ “NEFTÇİ” KOMANDASININ QRUPLARI MÜƏYYƏNLƏŞİB

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Praqa mərhələsində qadın millimizin və “Neftçi” komandasının qrupları və oyun təqvimləri müəyyənləşib.

Avqustun 4-5-də Çexiyanın paytaxtı Praqa şəhərində 14 komandanın iştirakı ilə 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq. Praqa mərhələsində iştirak edəcək qadın millimiz qruplara qalmaq üçün İsveçrə və Çili yığmaları ilə təsnifat oyunları keçirəcək. Təmsilçimiz “Neftçi” isə C qrupunda Litva və Latviya milliləri ilə mübarizə aparacaq.

Qadın millimiz ilk təsnifat oyununu avqustun 4-də Bakı vaxtı ilə saat 13:00-da İsveçrə millisinə qarşı, “Neftçi” klubu isə qrupda ilk oyununu həmin gün Bakı vaxtı ilə saat 15:40-da Latviya seçməsinə qarşı keçirəcək.

Qruplarda ilk iki yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaq.