Azərbaycanlı idmançı ermənini məğlub edərək dünya çempionu olub.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Ukraynanın Odessa şəhərində keçirilən Qarışıq İdman Növləri üzrə Dünya Çempionatında iştirak edən Nicat Yusifov və Cəlal Cəlallı qalib gələrək dünya çempionu adını qazanıblar.
Nicat Yusifov finalda erməni əsilli rəqibi Qriqoryan Artura qalib gələrək 70 kiloqram çəki dərəcəsində, Bakı Nəqliyyat Agentliyinin əməkdaşı Cəlal Cəlallı isə ukraynalı rəqibinə qalib gələrək, 80 kiloqram çəki dərəcəsində dünya çempionu olublar.
Çempionat iyunun 3-dən 6-a kimi davam edib.
Qeyd edək ki, yarışda dünyanın 16 ölkəsindən 800 idmançı iştirak edib.