FORMULA 1 AZƏRBAYCAN QRAN-PRİSİNİN START DÜZÜLÜŞÜ

Saat 16:00-da Bakı beşinci dəfə Formula 1 yarışına ev sahibiliyi edəcək.
Formula 1 üzrə dünya çempionatının altıncı mərhələsi olan Azərbaycan Qran-Prisində hər birində iki pilot olmaqla on komanda birincilik uğrunda mübarizə aparacaq. Ötən gün təşkil olunan sıralanma turu nəticəsində Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib.
Yarışın start düzülüşü aşağıdakı kimidir:
1. Şarl Lekler (“Ferrari”)
2. Luis Hamilton (“Mercedes”)
3. Maks Ferstappen (“Red Bull Racing Honda”)
4. Pyer Qasli (“AlphaTauri”)
5. Karlos Sayns (“Ferrari”)
6. Serxio Peres (“Red Bull Racing Honda”)
7. Yuki Tsunoda (“AlphaTauri”)
8. Fernando Alonso (“Alpine”)
9. Lando Norris (“McLaren”)
10. Valtteri Bottas (“Mercedes”)
11. Sebastyan Fettel (“Aston Martin”)
12. Esteban Okon (“Alpine”)
13. Daniel Rikkardo (“McLaren”)
14. Kimi Raykkonen (“Alfa Romeo”)
15. Cord Rassle (“Williams”)
16. Nikolas Latifi (“Williams”)
17. Mik Şumaxer (“Haas”)
18. Nikita Mazepin (“Haas”)
19. Lens Stroll (“Aston Martin”)
20. Antonio Covinatsi (“Alfa Romeo”)
Bakı şəhər halqasında Formula 1 yarışları 2016-cı ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çrmpionatının Azərbaycan mərhələsi ləğv edilmişdi.
2016-cı ildə Avropa Qran-Prisi adı altında təşkil olunan ilk yarışın qalibi Niko Rosberq (“Mercedes”) olub. Daniel Rikkardo “Red Bull Racing Honda” 2017-ci, Luis Hamilton (“Mercedes”) 2018-ci, Valtteri Bottas (“Mercedes”) isə 2019-cu ildə Bakıda podiumun ilk pilləsinə qalxıblar.