PAKİSTANDA BAŞ VERƏN PARTLAYIŞDA HƏLAK OLANLARIN SAYI 44 NƏFƏRƏ ÇATIB

Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində hakim koalisiya partiyası olan İslam Alimləri Assambleyasının qurultayında intiharçının hücumu nəticəsində azı 44 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Bu barədə “Dawn” qəzeti əyalətin səhiyyə naziri Riaz Ənvara istinadən məlumat yayıb.

“Bu, intihar hücumu idi. Terrorçu bilavasitə qurultayın keçirildiyi yerin yaxınlığında özünü partladıb”, – deyə məlumatda qeyd edilib.