
Pakistanın Əfqanıstanla sərhədi yaxınlığındakı Bajaur rayonunda keçirilən mitinq zamanı baş verən partlayışda azı 35 nəfər həlak olub.
Xarici KİV-lər xəbər verir ki, partlayış nəticəsində 200-dən artıq insan yaralanıb. Yaralılardan bəziləri təyyarə ilə Pişəvər şəhər xəstəxanalarına çatdırılıb.
Hücum kamikadzenin köməyi ilə həyata keçirilib. Hələ ki, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Pakistanın Baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və günahkarların müəyyən edilməsi barədə göstəriş verib.
