XALİK MƏMMƏDOV DÖVLƏT NEFT ŞİRKƏTİNDƏKİ VƏZİFƏSİNDƏN AZAD EDİLİB

Prezident İlham Əliyev X.R.Məmmədovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Xalik Rəfi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.