MAGİSTRATURA SƏVİYYƏSİNƏ ELEKTRON SƏNƏD QƏBULU DAVAM EDİR

Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu prosesi davam edir.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, müraciətçilər portal.edu.az üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat prosesi iyulun 31-i saat 18:00-da yekunlaşacaq.