FORMULA 1 YARIŞINDA KİM QALİB GƏLƏCƏK?

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı 27 may – 2 iyun tarixlərində MTM (Media Təhlil Mərkəzi) tərəfindən sorğu keçirilib. Sorğuda iştirak edən 852 respondentin 32%-ni qadınlar, 68%-ni kişilər təşkil edib.

Respondentlərin 19,5%-i yarışlarda Almaniyanın komandasının, 10,8%-i İngiltərə təmsilçilərinin, 7,4%-i italiyalıların, 4,3%-i isə avstriyalıların qalib olacağını proqnozlaşdırır. İsveçrə təmsilçilərinin qələbə qazanacağını düşünənlər sorğu iştirakçılarının 2,3%-ni, ABŞ-ın komandasının qalib olacağına inananlar respondentlərin 2,1%-ni təşkil edib. Fransanı təmsil edən pilotların topladığı səs faizi 1,4%-dir. Avstraliya təmsilçiləri isə 0,8% səslə yarışın autsayderləri hesab edilib. İştirakçıların 51,4%-i qalib gələcək komanda ilə bağlı heç bir proqnozunun olmadığını bildirib.

Respondentlərin 54,1%-i heç bir pilota azarkeşlik etmədiyini, 15,8%-i ötən ilki yarışların qalibi Luis Hamiltona azarkeşlik etdiyini qeyd edib. Bu göstərici ilə britaniyalı idmançı Luis Hamilton cavab faizlərinə görə pilotlar arasında ilk sıradadır.

“Scuderia AlphaTauri” komandasının yaponiyalı üzvü Yuki Tsunodanın isə respondentlər arasında azarkeşi yoxdur.

Sorğu iştirakçıları “Hansı komandanın çempion olmasını istəyərsiniz?” sualını aşağıdakı kimi cavablandırıb:

“Mercedes” – 22,3%;

“Ferrari” – 17,4%;

“Red Bull” – 9,9%;

“Alpine” – 0,6%;

“Haas” – 0,2%;

“McLaren” – 2,2%;

Aston Martin – 1,5%;

“Alfa Romeo” – 0,8%;

“AlphaTauri” – 0,2%;

“Williams” – 0,7%;

Fərqi yoxdur – 44,1%.