
Azərbaycan və Türkiyə KAAN təyyarəsini birlikdə təkmilləşdirəcək.
TurkicWorld-ın məlumatına görə, Türkiyənin Müdafiə Sənayesi Agentliyinin rəhbəri Haluk Görgünün iştirakı ilə Azərbaycan Müdafiə Nazirliyi və “Türk Uçak Sanayi” şirkəti (TUSAŞ) arasında “KAAN Milli Döyüş Təyyarələrinin İnkişafı üzrə Əməkdaşlıq”la bağlı IDEF-23 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində saziş imzalanacağı gözlənilir.
Qeyd edək ki, TUSAŞ tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli döyüş təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.
Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında təyyarəyə KAAN adını verib.
