BU LAYİHƏ ÜÇÜN 150 MİN MANAT GÜZƏŞTLİ KREDİT VERİLİB

Sahibkarlığın İnkişafı Fondu tərəfindən biznesə dəstək tədbirləri çərçivəsində sahibkar Aqil Əliyevə yapışqan lent istehsalı layihəsi üçün 150 min manat güzəştli kredit verilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Qeyd edək ki, 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondundan ümumilikdə 2.726 layihə üzrə 145,9 mln. manat güzəştli kredit ayrılıb.

Bu kreditlərin layihə sayı üzrə 99,9%-i, məbləğ üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılıb.