ANAMA VAKANT VƏZİFƏLƏRİN TUTULMASI MƏQSƏDİLƏ SƏNƏD QƏBULU ELAN EDİB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) müvafiq sahədə vakant vəzifələrin tutulması və ehtiyat siyahısının yaradılması məqsədilə ali təhsilli, bir ildən çox iş stajı olan şəxslərin sənədlərinin qəbulunu elan edib.

ANAMA-dan bildiriblər ki, namizədlərin coğrafiya və riyaziyyat fənləri istiqamətli (2-ci qrup) ali təhsilin və “MS Office” proqramlarını bilməsi mütləqdir. Seçim zamanı “ArcGİS” proqramı və orta səviyyədə ingilis dili üzrə biliklərə malik namizədlərə üstünlük veriləcək. Qeyd edilən vakant vəzifələr agentliyin işğaldan azad edilmiş ərazilərində yerləşən struktur bölmələrindədir.

Maraqlananlar əlaqə telefonunu qeyd etməklə şəxsiyyət vəsiqəsinin surəti, təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.), əmək kitabçasının surətini (olduğu halda) career@anama.gov.az ünvanına göndərməlidir.

Sənəd qəbulu avqustun 15-dək aparılacaq.