Türkiyənin Azərbaycandakı Səfirliyi minaya düşərək həlak olan jurnalistlər ilə əlaqədar başsağlığı verib.
Başsağlığında deyilib:
“Bu gün Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTv-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Susuzluq kəndi nümayəndəsi Arif Əliyevə Allahdan rəhmət, kədərli ailələrinə və Azərbaycan mediasına başsağlığı, yaralılara şəfalar diləyirik”.
Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı) və digər bir mülki vətəndaş həlak olub.