PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİ ÜÇÜN DƏRSLİKLƏRİN HAZIRLANMASI QAYDASI TƏSDİQLƏNƏCƏK

Peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması qaydası təsdiqlənəcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.