BU MÜƏLLİMLƏR 3 İL MÜDDƏTİNDƏ SERTİFİKATLAŞMADAN AZAD EDİLİB

Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişikliyə əsasən məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilib.

Qeyd edək ki, qanuna dəyişikliklər təsdiqlənməzdən əvvəl ilk dəfə işə qəbul olunan müəllimlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirdilər.