MÖVLAM ŞİXƏLİYEV, SAHİB ƏLƏKBƏROV VƏ YASİN MƏMMƏDOV RÜTBƏDƏN VƏ DÖVLƏT TƏLTİFLƏRİNDƏN MƏHRUM EDİLİB – SƏRƏNCAM

Prezident İlham Əliyev M.M.Şixəliyevin, S.Y.Ələkbərovun və Y.S.Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilsin.

2. Aşağıdakı şəxslər “Vətən uğrunda” medalından məhrum edilsinlər:

2.1. Sahib Yunus oğlu Ələkbərov;

2.2. Yasin Seyfulla oğlu Məmmədov.