FİCİ SAHİLLƏRİNDƏ 5,9 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB

Fici arxipelaqının cənub sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avstraliya Dövlət Geoloji Bürosu məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Viti-Levu adasından 600 kilometr məsafədə, zəlzələnin ocağı 530 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.