SON SUTKA ƏRZİNDƏ GÜRCÜSTANDA ÜÇ ZƏLZƏLƏ BAŞ VERİB

İyulun 19-da gecə saatlarında Gürcüstan ərazisində iki zəlzələ baş verib.

Bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Tbilisi vaxtı ilə saat 02:38-də baş verən birinci zəlzələ 3,2 bal gücündə olub. Zəlzələnin episentri Kaxeti bölgəsinin Dedopliscğaro bələdiyyəsi ərazisində qeydə alınıb.

İkinci zəlzələ isə 04:54 radələrində qeydə alınıb. 3,1 bal gücündə olan zəlzələnin episentri Kvemo Kartli bölgəsinin Dmanisi bələdiyyəsi ərazisində olub.

Qeyd edək ki, iyulun 18-də saat 16:02-də qərbi Gürcüstanın Quriya bölgəsində də 3,6 bal gücündə zəlzələ qeydə alınmışdı.