XƏZƏR DƏNİZİNDƏ DAHA BİR ZƏLZƏLƏ OLUB

İyulun 18-də saat 13:19-da Xəzər dənizində (Dağıstan ərazisində) zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib, maqnitudası 3,3-ə bərabər olub.

Xatırladaq ki, bu gün saat 10:31-də Xəzər dənizində – Türkmənistan ilə sərhəddə də zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 63 kilometr dərinlikdə yerləşib, maqnitudası 3,5-ə bərabər olub.