
Prezident İlham Əliyev E.O.Əmirbəyovun Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
Qeyd edək ki, dövlət başçısının imzaladığı digər sərəncamla Elçin Əmirbəyov Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.
