MUSİQİ SƏNƏTİ İSTİQAMƏTİNİN BAKALAVRİAT SƏVİYYƏSİ ÜZRƏ QABİLİYYƏT İMTAHANLARINA BAŞLANILIB

Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin musiqi sənəti ixtisasları üzrə qabiliyyət imtahanlarına start verilib. İmtahanlar Bülbül adına orta ixtisas musiqi məktəbində keçirilir.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ilk günlərdə instrumental ifaçılıq (18, 19, 20, 21-ci QİK), musiqişünaslıq (30-cu QİK) və vokal sənəti (25-ci QİK) ixtisasları üzrə imtahanlar keçirilir.

İmtahanlar iyulun 21-dək davam edəcək.

Xatırladaq ki, iyulun 14-də Lənkəran Dövlət Universitetinin, iyulun 15-də Gəncə Dövlət Universitetinin musiqi müəllimliyi ixtisası üzrə qabiliyyət imtahanları keçirilib.

İyulun 24-26-da Naxçıvan Muxtar Respublikası üzrə ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinin musiqi istiqaməti üzrə qabiliyyət imtahanları keçiriləcək.

İmtahanların qrafiki Dövlət İmtahan Mərkəzinin internet səhifəsində yerləşdirilib.