İSTANBUL BOĞAZINDA MİNA TAPILIB

İstanbul boğazında mina tapılıb.

TurkicWorld-ın məlumatına görə, Sarıyer Kireçburnu sahillərində tapılan partlamamış köhnə mina dalğıclar tərəfindən çıxarılıb.

Məlumata əsasən, sudan çıxarılan mina ekspertizaya aparılıb, sonra isə məhv edilib.

Bundan əlavə, xəbərdarlıq üzərinə çimərliyə gələn polis ətrafda təhlükəsizlik tədbirləri görüb.