XİN: AZƏRBAYCAN VƏ ABŞ ARASINDA ƏMƏKDAŞLIĞIN DAHA DA DƏRİNLƏŞƏCƏYİNƏ ÜMİD EDİRİK

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə Xarici İşlər Nazirliyinin tvitter səhifəsində qeyd edilib.

“4 iyul – Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə ABŞ hökumətini və xalqını səmimi qəlbdən təbrik edir və ən xoş arzularımızı bildiririk! Biz ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edirik”, – paylaşımda qeyd edilib.