TAMBLİNQ ÜZRƏ AZƏRBAYCAN YIĞMASININ ÜZVÜ DÜNYA KUBOKUNUN QALİBİ OLUB

Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Mixail Malkin Portuqaliyanın Santarem şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.

27 yaşlı idmançı bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb.

Qeyd edək ki, yarışda Selcan Mahsudova (batut gimnastikası), Tofiq Əliyev və Adil Hacızadə (tamblinq) də mübarizə aparıb. İdmançılar iyulun 7-8-də Portuqaliyanın Koimbra şəhərindəki Dünya Kubokunda da çıxış edəcəklər.