
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fransa hökumətini AzTV əməkdaşlarına hücuma görə təcili tədbirlər görməyə çağırıb.
Bu barədə Ombudsman Aparatından bildirilib.
“Biz Fransada azərbaycanlı jurnalistlərə qarşı iyrənc hücumu qətiyyətlə pisləyirik. Biz Fransa dövlət orqanlarını cinayətkarları cinayət məsuliyyətinə cəlb etmək üçün təcili tədbirlər görməyə çağırırıq”, – deyə Ombudsman qeyd edib.
