TÜRKİYƏ-AZƏRBAYCAN İNVESTİSİYA FORUMU KEÇİRİLİR (FOTO)

Türkiyənin ticarət naziri cənab Mehmet Muşun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə onlayn formatda Türkiyə-Azərbaycan İnvestisiya Forumu keçirilir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, hədəfimiz qardaş ölkə ilə iqtisadi-ticarət əlaqələrini, investisiya əməkdaşlığını daha da genişləndirməkdir.