BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA SİLAHLI QÜVVƏLƏR GÜNÜ MÜNASİBƏTİLƏ PAYLAŞIM EDİB

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Ölkəmizin bütün hərbi qulluqçularını və veteranlarını təbrik edirəm! Hər kəsə möhkəm cansağlığı, Vətənimizə – sülh və əmin-amanlıq arzulayıram!”.