MÜDAFİƏ NAZİRLİYİ: AZƏRBAYCAN ORDUSU AĞDƏRƏ İSTİQAMƏTİNDƏ ATƏŞ AÇMAYIB

Azərbaycan Ordusunun atəşi nəticəsində qanunsuz erməni dəstə üzvünün yaralanması xəbəri yalandır.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

“İyunun 22-si saat 13:00 radələrində Azərbaycan Ordusunun bölmələrinin Ağdərə rayonu istiqamətində atəş açması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir üzvünün yaralanması barədə sorğuya cavab olaraq bildiririk ki, bölmələrimiz qeyd olunan istiqamətdə atəş açmayıb”, – deyə nazirlikdən bildirilib.