CEYMS KLEVERLİ: ERMƏNİSTANLA TARİXİ SÜLH SAZİŞİ ƏLDƏ ETMƏK OLAR

Böyük Britaniya Cənubi Qafqazda rifahı, sülhü və təhlükəsizliyi dəstəkləyir.

Bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli azərbaycanlı həmkarı Ceyhun Bayramovun görüşlə bağlı tviter hesabında paylaşımına şərhində yazıb.

Şərhində Azərbaycanın Ukraynaya humanitar dəstəyinə görə Ceyhun Bayramova təşəkkür edən britaniyalı nazir əlavə edib: “Böyük Britaniya Cənubi Qafqazda rifahı, sülhü və təhlükəsizliyi dəstəkləyir. Ermənistanla tarixi sülh sazişi əldə etmək olar”.