
Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.
Püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib.
Belə ki, “Qarabağ” bu mərhələdə “Linkoln”la (Cəbəllütariq) qarşılaşacaq.
Ağdam klubu ilk matçı səfərdə keçirəcək.
Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk görüşləri iyulun 11-12 baş tutacaq.
Cavab oyunları bir həftə sonra təşkil olunacaq.
Qeyd edək ki, sabah Çempionlar Liqasında II təsnifat mərhələsinin də püşkü atılacaq.
